“PAZ” kosmosa göndərildi - Video

paz-kosmosa-gonderildi
Oxunma sayı: 1574

İlon Maskın “SpaceX” şirkəti uğurlu şəkildə “PAZ” adlı peyki və kosmosdan Yer kürəsinə internet şəbəkəsinin göndərilməsi üçün nəzərdə tutulmuş test məqsədli cihazlarını “Falcon 9” raketi vasitəsilə kosmosa göndərib.

“Qafqazinfo” technote-yə istinadən xəbər verir ki, “PAZ” peyki Yer kürəsini müşahidə etmək üçün nəzərdə tutulub.

İnternetin ötürülməsi üçün nəzərdə tutulmuş cihazlar isə irimiqyaslı “Starlink” layihəsinin bir hissəsidir. Cihazların kosmosa göndərilməsi hava şəraitinə görə 3 dəfə təxirə salınsa da, nəhayət bu gün baş tutub.

Məlumata görə, “Falcon 9” raketinin Yer kürəsinə qaytarılması planlaşdırılmayıb. Şirkətin “Microsat-2a” və “Microsat-2b” adlı test məqsədli peykləri “Starlink” layihəsinin ilk aparatları olacaq.

Bu layihə çərçivəsində Yer kürəsini ucuz və sürətli internet ilə təmin etmək üçün Yer kürəsinin orbitinə 12 min peyk göndəriləcək. Şirkət ümid edir ki, peyk vasitəsilə internet yayımı əsas gəlir mənbəyi olacaq və 2025-ci ilə kimi 30 milyarddan çox gəlir gətirəcək.