Pənah Hüseyn məhkəməyə verildi

penah-huseyn-mehkemeye-verildi
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, iddia ərizəsinin əsas predmeti BAXCP sədrinin Pənah Hüseyn və İctimai Palata adlanan qurumun rəhbərliyinə daxil olan bəzi siyasilərin davranışlarıyla bağlı etik normalar çərçivəsində dilə gətirdiyi fikirlərdən sonra ikincinin (Pənah Hüseynin) onun ünvanına «Yeni Müsavat» qəzetində səsləndirdiyi təhqir və böhtan xarakterli ifadələrlə bağlıdır.

Pənah Hüseyndən fərqli olaraq, Qüdrət Həsənquliyev öz iddia ərzinəsində maddi təzminat davası açmayıb və Pənah Hüseyndən yalnız «Yeni Müsavat» qəzetinin vasitəsilə ondan üzr istəməsini tələb edib. BAXCP sədri partiyanın Mətbuat Xidmətinə açıqlamasında Pənah Hüseyndən maddi təzminat tələb etməməsinin səbəbini də açıqlayıb. Qüdrət Həsənquliyevin sözlərinə görə, Pənah Hüseynin onun ünvanına səsləndirdiyi fikirlər onun nüfuzuna ciddi ziyan vurmayıb: «Pənah Hüseynin kim olduğunu hər kəs yaxşı bilir. Bu səbəbdən iddia ərizəmdə ondan hətta 1 qəpik dəyərinində olsa da belə maddi təzminat tələb etməmişəm».