Peyğəmbəri təhqir edən filmin rejissoru ifadə verib

peygemberi-tehqir-eden-filmin-rejissoru-ifade-verib
Oxunma sayı: 631

Bunu bu gün Ümumliviya Milli Konqresinin sədri Mohammad al Makrif bildirib.

O bu hücumda əli olmaqda şübhəli bilinən bir neçə nəfərin həbs edildiyini deyir.

Çərşənbə axşamı edilmiş bu gücumda ABŞ səfiri Christopher Stevens də daxil olmaqla 4 diplomat öldürülüb.

Müsəlman ölkələrində Birləşmiş Ştatlarda Məhəmməd peyğəmbər barədə çəkilmiş həvəskar filmə etirazlar davam edir.

Həmçinin ABŞ-la yanaşı Qərb ölkələrinin səfirliklərinə hücumlar edilib.

Tunisdə ABŞ səfirliyi ətrafında baş vermiş toqquşmada 4 aksiyaçı ölüb, 46 nəfər yaralanıb.

Yəməndə fəaliyyət göstərən “Əl Qaidə” qrupu müsəlmanları amerikalılara hücumları davam etdirməyə çağırıb.

Kaliforniya polisi şənbə günü “Müsəlmanın günahsızlığı” filmini çəkən rejissordan ifadə alıb.

Əlavə məlumat verilmir.