Piyada qəzada öldü

piyada-qezada-oldu
Oxunma sayı: 1647

Sabirabad rayonunda ölümlə nəticələnə qəza baş verib.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, hadisə avqustun 20-də saat 22 radələrində Sabirabad şəhəri ərazisində qeydə alınıb.

Əsədli kənd sakini Məmməd Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Qalağayın kənd sakini Mikayıl Əliyevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.