Polis insanları əzən sürücünün şəxsiyyətini müəyyən edib

polis-insanlari-ezen-surucunun-sexsiyyetini-mueyyen-edib
Oxunma sayı: 1266

Kanadanın Toronto şəhərində mikroavtobusla insanları əzən sürücünün kimliyi müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CTV kanalı məlumat yayıb.

Məlumata əsasən, hadisəni törədən sürücünün adı Alek Minassiyandır.

Hazırda polis hadisənin törədilməsinin səbəblərini araşdırır.

Qeyd edək ki, sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində 9 nəfər ölüb, daha 16 nəfər isə yaralanıb.