Polis oğruları tutub - Kriminal xəbərlər

polis-ogrulari-tutub-kriminal-xeberler
Oxunma sayı: 712

İyulun 13-ü saat 05 radələrində A.Məmmədov küçəsində kirayədə yaşayan Qalib Məmmədov yaşadığı mənzilə daxil olarkən naməlum şəxs onun arxasınca mənzilə daxil olaraq bıçaqla hədələmiş, 1 ədəd noutbuk və qızıl-zinət əşyaları götürüb aparmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində quldurluq etmiş Bakı şəhər sakini Namiq İsmayılov iyulun 25-də Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

İyulun 21-də Nasosnu küçəsində yaşayan Sevda Cəbrayılovanın evindən qızıl-zinət əşyaları oğurlamış Cöyçay rayon sakini Mirsoğlu Əliyev iyulun 25-də Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

İyulun 2-dən 4-dək olan müddətdə Məhsəti küçəsində yaşayan Sadiq Məlikovun mənzilindən pəncərədən keçmə yolu ilə 2000 manat dəyərində qızıl-zinət əşyaları və ov tüfəngi oğurlanmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində mənzildən oğurluq etmiş Bakı şəhər sakinləri Təbriz Abdullayev və Tamerlan Məmmədov iyulun 25-də Xətai RPİ CAŞ və 34-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşlar.