Polis vağzalda silahlı şəxsi güllələyib

polis-vagzalda-silahli-sexsi-gulleleyib
Oxunma sayı: 1336

Belçika polisi Gent şəhərində bıçaqla silahlanmış şəxsi güllələyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Belga” agentliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə Sen-Per vağzalında qeydə alınıb. Polis əlində bıçaq olan şəxsi güllələyib. Yaralı cinayətkar xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.