“Polislə aksiyaçılar arasında insident olmayıb” - İQAK

polisle-aksiyacilar-arasinda-insident-olmayib
Oxunma sayı: 7627

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) bu gün saat 15:00 Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Məhsul stadionunda elan olunmuş icazəli aksiyada, ictimai nəzarəti həyata keçirmək məqsədi ilə müşahidə aparıb.

“Qafqazinfo”nun xəbərinə görə, komitənin məlumatında bildirilir ki, aksiya iştirakçılarının maneəsiz girişi və təhlükəsizliyi üçün tam şərait yaradılıb.

"Aksiyanın gedişində neqativ hallara rast gəlinməyib. Aksiya iştirakçıları öz şüarlarını sərbəst şəkildə səsləndiriblər. Elektrik enerjisinin verilişində və səsgücləndirici qurğuların işləməsində problem yaranmayıb. Polis və aksiya iştirakçıları arasında heç bir insident baş verməyib", - deyə məlumatda qeyd olunub.