Porno reklamı göstərən oyunlar “Google Play”dən silinib

porno-reklami-gosteren-oyunlar-google-playden-silinib
Oxunma sayı: 2422

“Check Point” şirkətinin yeni hesabatına əsasən 60-a yaxın oyun tətbiqi porno saytları reklam edən zərərli viruslara sahibdir.

“Qafqazinfo”Technote-yə istinadən xəbər verir ki, viruslu tətbiqlər 3-7 milyon dəfə yüklənib.

Həmin oyun tətbiqlərindən bir çoxları isə uşaqlar üçün nəzərdə tutulub. “Check Point” şirkətinin “AdultSwine” adlandırdığı virus istifadəçilərin cihazlarına 3 üsulla hücum edib. Porno saytların reklamları həmin üsullardan yalnız biridir. Həmçinin zərərli proqram təminatı təhlükəsizliyin təmin olunması üçün saxta tətbiqlərin quraşdırılmasını da təklif edirdi.

Əslində isə həmin tətbiqlər zərərlidir və istifadəçiləri ödənişli platinum servislərə abunə edir. Şirkət bu cür viruslara sahib olan oyun tətbiqi siyahısını öz blogunda təqdim edib. Onlardan ən məşhurları isə bunlardır: “Five Nights Survival Craft”, “Mcqueen Car Racing Game”, “Addon Pixelmon CoolCraft PE” və “Exploration Pro WorldCraft”.

“Google” şirkətinin təmsilçiləri bildiriblər ki, onlar artıq bu zərərli tətbiqləri “Play Market”dən siliblər və onları quraşdırmış bütün istifadəçilərə xəbərdarlıq bildirişi göndəriblər.