Poroşenkodan Saakaşvili haqda mühüm - Qərar

porosenkodan-saakasvili-haqda-muhum
Oxunma sayı: 1808

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum olunub.

“Qafqazinfo”nun “Rambler.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Petro Poroşenko fərman imzalayıb.

Ukrayna Miqrasiya Xidmətinin yaydığı məlumatda bildirilir ki, M. Saakaşvili Ukraynadan vətəndaşlıq alarkən anketdə yalan məlumatlar qeyd edib. 

Xatırladaq ki, Mixail Saakaşviliyə Ukrayna pasportu 2015-ci ilin mayında P. Poroşenkonun fərmanı əsasında təqdim olunmuş, dekabrda isə o, Gürcüstan vətəndaşlığından məhrum olunmuşdu.