Prezident Bolqarıstanın səfirini qəbul etdi

prezident-bolqaristanin-sefirini-qebul-etdi
Oxunma sayı: 651

“Qafqazinfo”nun Azərtac-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Vasil Kalinovun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Bolqarıstan arasında siyasi, təhlükəsizlik, energetika və regional əməkdaşlıq sahələrində əlaqələrin inkişaf edərək yaxın tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirib. Bolqarıstanlı diplomatın Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirən prezident fəaliyyətində ona uğurlar arzulayıb.

Səfir Vasil Kalinov ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Vasil Kalinov Azərbaycandakı diplomatik fəaliyyəti dövründə səfirliyin fəaliyyətinə yaradılan şəraitə görə Azərbaycan hökumətinə və şəxsən İlham Əliyevə minnətdarlığını bildirib.