Prezident Cümə məscidində olub

prezident-cume-mescidinde-olub
Oxunma sayı: 661

“Qafqazinfo”nun prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı Cümə Məscidinin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən fotolara baxıb.

Prezident İlham Əliyevə məlumat verilib ki, 2003-cü ildə şəhərin 6-cı mikrorayonunda istifadəyə verilən məscidin ümumi ərazisi 4,5 hektardır. Burada eyni vaxtda 500 nəfər ibadət edə bilər. 2011-ci ilin iyulunda Prezident İlham Əliyev məsciddə olub.

Dövlətn başçısının tapşırığına əsasən məscid əsaslı təmir edilib. Burada 34 metr hündürlüyündə minarə inşa olunub, 480 kvadratmetr sahəyə təzə xalça döşənilib. Məscidin mehrabı yenidən düzəldilib, künbəzin iç üzü əlyazmalarla bəzədilib, 624 kvadratmetr döşəmə yenidən qurulub.

Prezident İlham Əliyev Cümə Məscidində yaradılmış şəraitdən razılığını bildirib.