Prezident dincəlmək üçün istefa verdi

prezident-dincelmek-ucun-istefa-verdi
Oxunma sayı: 2329

Myanmanın prezidenti U Txin Çjo istefaya gedib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata əsasən, 71 yaşlı U Txin Çjo prezident postunda 2 il qaldıqdan sonra istefa verib. Buna sabiq prezidentin dincəlmək istəməsi səbəb olub.

Ölkənin yeni başçısının 7 iş günü ərzində seçiləcəyi bildirilir.