Prezident kamerunlu həmkarını təbrik edib

prezident-kamerunlu-hemkarini-tebrik-edib
Oxunma sayı: 689

Azərbaycan prezidenti İlham Əliyev Kamerunun dövlət başçısı Pol Biyaya təbrik məktubu göndərib.
 
“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir:
 
“Kamerun Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm”.