Prezident vitse-kanslerin videosundan danışdı - “Biabırçılıqdır...”

prezident-vitse-kanslerin-videosundan-danisdi
Oxunma sayı: 2291

Avstriyanın federal prezidenti Aleksander Van der Bellen vitse-kansler Haynts-Kristian Ştraxenin iştirakı ilə yayılan video görüntüləri şərh edib.

“Qafqazinfo” xəbər verir ki, prezident həmin görüntüləri biabırçılıq adlandırıb.

“Bu, biabırçı kadrlardır. Mən dəqiq deyirəm ki, biz belə deyilik, Avstriya belə deyil” deyə Van der Bellen sosial şəbəkələrdə yayılan görüntüləri şərh edərkən deyib. 

Avstriya prezidenti qeyd edib ki, baş nazir Kurtsla növbədənkənar seçkiləri müzakirə edib. Van der Bellenin sözlərinə görə, sabahkı görüşdə kanslerlə növbəti atılacaq addımları razılaşdıracaq: “İndi etibarın bərpası üçün lazım olanı etməliyik”. 

Qeyd edək ki, qalmaqallı videodan sonra Avstriyanın vitse-kansleri və Azadlıq Partiyasının lideri Haynts-Kristian Ştraxe hər iki postundan istefa verib,  Baş nazir Sebastyan Kurts isə Milli Şuraya yeni seçkilərin keçiriləcəyini elan edib.