Prezidentdən həmkarına məktub

prezidentden-hemkarina-mektub
Oxunma sayı: 654

Azərbaycan Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə məktub ünvanlayıb. 

“Qafqazinfo” xəbər verir ki, təbrik məktubunda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Tunis əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına sülh və rifah diləyirəm”.