Prezidentə müraciət edən Salyanlını həbs etmək istəyirlər

prezidente-muraciet-eden-salyanlini-hebs-etmek-isteyirler
Oxunma sayı: 2172

“Qafqazinfo” nun verdiyi xəbərə görə, C. Bağırov ərizəsində bildirib ki, onun 38 yaşı var və iki az yaşlı uşaq atasıdır: “Kasıb ailəyik. 2011-ci ildən vərəmə yoluxduğumdan fəhləlik belə edə bilmirəm. Salyan rayon Mərkəzi Xəstəxanasının Salyan rayonlararası Ağciyər Xəstəlikləri Xəstəxanasında pulsuz müalicə oluna bilməməyimiz barədə sizə fevralın 26-da məktubla şikayət etmişdim. Amma şikayətimdən xeyli vaxt ötməsinə baxmayaraq nəinki heç bir tədbir görülməyib, hətta baş həkim Xanış Abbasov qanunsuz əməllərindən sizə şikayət etdiyim üçün məni həbs etdirməklə hədələyir. Odur ki, vərəmli xəstələr adından sizdən bir daha xahiş edirəm dövlətimizin bizə ayırdığı vəsaitləri Allahını belə unudaraq mənimsəyənlər barədə lazımi tədbir görülməsinə göstəriş verəsiniz”.