“P.S.G” işin yarısını həll etdi, “Yuve” isə tam rahatdır

psg-isin-yarisini-hell-etdi-yuve-ise-tam-rahatdir
Oxunma sayı: 657

“Qafqazinfo” xəbər verir ki,”P.S.G” və “Yuventus” səfərdə rəqiblərini məğlub ediblər. Fransa təmsilçisi “Valensiya”nın qonağı olub. Eelə ilk dəqiqələrdən üstünlüyü ələ keçirən qonaq komanda Esekel Lavezzinin 10-cu dəqiqədə vurduğu qolla 1-0 önə keçib. İlk hissənin sonlarına yaxın Xaviyer Pastore “P.S.G”nin 2-ci qolunu vurub. “Valensiya” yalnız görüşün 90-cı dəqiqəsində Adil Rami ilə hesab arasındakı fərqi minimuma endirib. Yarasaların bundan artığına gücləri çatmayıb. Görüşün əsas vaxtına əlavə olunmuş son dəqiqələrdə Zlatan İbrahimoviç rəqib oyunçuya qarşı kobudluq edib və qırmızı vərəqə alıb. Meydandan 2-1 üstün ayrılan parislilər növbəti tura şanslarını artırıblar.

Günün digər oyunu “Seltik”lə “ Yuventus”arasında keçirilib. Play-off – a çıxmaqla böyük nəticə əldə edən Şotlandiya klubunun deyəsən bundan artığına gücü çatmayacaq. Çünki “Yuventus” oyunda 3 cavabsız qol vurub və bu da növbəti mərhələyə çıxmaq üçün “qoca senyora”ya artıqlaması ilə bəs edəcək. İtaliyanlar 3-cü dəqiqədə Alessandro Matrinin qolu ilə 1-0 önə keçiblər. Qarşılaşmadakı digər qol 75 dəqiqədən sonra Markizyo tərəfindən vurulub. Görüşdə son nöqtəni isə 83-cü dəqiqədə Mirko Vuçiniç qoyub. Beləliklə “Yuventus” “Seltik”i səfərdə 3-0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu cütlüklər arasındakı cavab oyunları martın 6-da keçiriləcək.

İqbal