Putin imicini dəyişir

putin-imicini-deyisir
Oxunma sayı: 649

Nəşrin yazır ki, artıq Putini “maço” obrazında deyil, “Rusiya siyasətinin müdrikləşən patriarxı” obrazında görünəcək.

Bununla bağlı hazırlanan gizli hesabatda deyilir ki, Vladimir Putin ilk dəfə yeni obrazında Federal Məclisdə çıxışında görünəcək.

Nəşrin iddiasına görə, əldə etdikləri hesabat müəllifləri Kreml Administrasiyasına istinad edirlər. Hesabatda həmçinin bildirilir ki, ölkənin müdafiə naziri Anatoli Serdyukov məhz Putinin reytinqini qaldırmaq üçün istefaya göndərilmişdi.

Qeyd edək ki, rəhbərliyi dövründə Vladimir Putin “maço” obrazını yarada bilmək üçün əlindən gələni edib. Sonuncu piar aksiyası olan durna balaları ilə birlikdə deltaplanda uçuş isə uğursuz nəticələnmişdi.