Putin Qərbə barmaq silkələdi - “Qırmızı xətt”i keçməyin”

putin-qerbe-barmaq-silkeledi
Oxunma sayı: 2530

Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrini Rusiya ilə münasibətdə "qırmızı xətt"i keçməməyə çağırıb.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, prezident bu çıxışı Sankt Peterburqdakı forum zamanı edib. O, Moskvanın maraqlarına hər bir ölkənin hörmət etməli olduğunu deyib. Putin Şimali Atlanika Alyansının genişlənməsinin Rusiya üçün təhlükə yarada biləcəyindən narahatlığını da bildirib:

"NATO artıq sərhədlərimizə qədər yaxınlaşıb. Bizdə şübhə yaranır ki, Ukrayna da sabah ora qoşula bilər və üstəlik, orada hər hansı raket əleyhinə müdafiə sistemləri, radarlar qoyula bilər. Bəzi sərhədlər var ki, "qırmızı xətt"i keçmək olmaz. Bizim maraqlarımıza hörmətlə yanaşın".