Putin Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etdi

putin-simali-koreyaya-qarsi-sanksiyalar-tetbiq-etdi
Oxunma sayı: 1344

Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, fərmanda qeyd olunur ki, Şimali Koreyanı təmsil edən şəxslərlə elmi-texniki əməkdaşlıq dayandırılacaq.

“Əməkdaşlıq yalnız Pxenyanın nüvə və raket proqramlarının inkişafına kömək etmədiyi hallarda mümkün ola bilər”, - deyə sənəddə vurğulanıb.

Qeyd edək ki, fərman BMT Təhlükəsizlik Şurasının 30 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən, imzalanıb.