Qadın voleybolçularımız Bolqarıstanla üz-üzə

qadin-voleybolcularimiz-bolqaristanla-uz-uze
Oxunma sayı: 1052

Sabah qadın voleybolçular arasında Qızıl Avropa Liqasında III turun qarşılaşmaları start götürəcək. İlk iki matçda qalib gələn Azərbaycan millisi 3-cü cəhdində Bolqarıstanla üz-üzə gələcək. 

Mayın 26-da Sofiyada Xristo Botev Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyunu Aleksandros Milonakislə (Yunanıstan) Çavdar Marev (Bolqarıstan) idarə edəcəklər. 

Qrupumuzun digər görüşündə isə Portuqaliya Ukraynanı qəbul edəcək. Bu oyun mayın 27-nə təsadüf edəcək.