Qadından tiryəklə heroin götürüldü

qadindan-tiryekle-heroin-goturuldu
Oxunma sayı: 1032

Bakıda qadından tiryək və heroin götürülüb.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini N.Fərzullazadədən 600 qram tiryək və 1 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.