Qadının evinə maskalı, bıçaqla girdi

qadinin-evine-maskali-bicaqla-girdi
Oxunma sayı: 1577

Astarada quldurluq etməkdə şübhəli bilinən şəxs tutulub. 

“Qafqazinfo” xəbər verir ki, iyulun 27-də Astara rayonunun Şahağacı kəndində yaşayan Bəhriyyə Mirzəyevanın evinə girmiş maskalı şəxs onu bıçaqla hədələyib. Bundan sonra oğru evdən 2000 manat və 5000 Rus rublu aparıb.
 
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şübhəli bilinən həmkəndlisi Rövşən Abdullayev saxlanılıb.