“Qalatasaray” da Avroliqada çıxışını dayandırdı - Fotolar + Video

qalatasaray-da-avroliqada-cixisini-dayandirdi
Oxunma sayı: 1452

UEFA Avropa Liqasının 1/16 final mərhələsi Türkiyə klubları üçün uğursuz olub.

“Qafqazinfo” xəbər verir ki, “Fənərbağça”dan sonra “Qalatasaray” da yoluna davam edə bilməyib.

İlk matçda öz meydanında “Benfika”ya 1:2 hesabı ilə məğlub olan “Cimbom” səfərdə 0:0 hesablı bərabərliyə razı olub. Beləliklə, növbəti mərhələyə “Benfika” yüksəlib.