Qanunsuz ov edənlər 22 min manat cərimələndilər

qanunsuz-ov-edenler-22-min-manat-cerimelendiler
Oxunma sayı: 1294

2018-ci ilin iyul ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən xüsusi mühafizə olanan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçirilib.

"Qafqazinfo" xəbər verir ki, reydlər zamanı 35 akt və protokol tərtib edilib, qanun pozucularından 4 ədəd ov tüfəngi götürülüb və onlara ümumilikdə 22854 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.