Qapıçını qəhrəmana çevrilməkdən santimetrlər ayırdı – Foto

qapicini-qehremana-cevrilmekden-santimetrler-ayirdi-foto
Oxunma sayı: 668

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Hart “Sportinq”lə qarşılaşmanın son dəqiqələrdə komandasını xilas etməyə çox yaxın olsa da, bu baş tutmayıb.

Belə ki, görüşünün ilk hissəsində 0:2 hesabı ilə geri düşən “şəhərlilər” ikinci hissədə oyunda dönüş yaradaraq hesabı 3:2 edib. Mərhələ adlamaq üçün lazım olan 1 topu isə vurmaq mümkün olmayıb. Oyunun 90+4-cü dəqiqəsində irəli atılan ingiltərəli qapıçı baş zərbəsi ilə topu qapıdan keçirməyə yaxın olub. Lakin top dirəyin bir neçə santimetrliyindən keçib. Oyundan sonra təəssüf içində olan 24 yaşlı “əlcək sahibi” hislərini belə ifadə edib: “Həmin an topun qapıya getdiyini düşünürdüm. Lakin yanıldım. Bu futboldur, hər şey ola bilər. İkinci hissədə çox yaxşı oynasaq da, lazım olan qədər qol vura bilmədik. Ümid edirəm ki, bu oyundan dərs çıxaracağıq”.

Qeyd edək ki, ev oyununda 1:0 hesabı ilə qalib gələn “Sportinq” cavab görüşündə məğlub olsa da (3:2), səfərdə vurduğu topların hesabına mərhələ adladı.

Ceyhun Əhmədov