“Qarabağ” Avroliqa oyunlarını bu stadionda keçirmək istəyir

qarabag-avroliqa-oyunlarini-bu-stadionda-kecirmek-isteyir
Oxunma sayı: 3240

“Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək üçün UEFA-ya müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qol.az-a Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib. 

O bildirib ki, çoxsaylı istəkləri nəzərə alaraq AFFA ilə birlikdə stadionun dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət olunub. Çəlikəl hazıda danışıqların getdiyini vurğulayıb.

Qeyd edək ki, “Qarabağ” ilk ev görüşündə oktyabrın 4-də “Arsenal”ı qəbul edəcək.