“Qarabag” bizim müşahidəçilərə irad tutdu

qarabag-bizim-musahidecilere-irad-tutdu
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, toplantıda Rusiyada keçirilən parlament seçkiləri və Azərbaycanda minimum əmək haqqının və bəzi büdcə təşkilatları işçilərinin əmək haqlarının artırılmasına dair blokun mövqeyini ifadə edən bəyanatlar qəbul edilib.

Rusiya ilə bağlı bəyanatda blok rəhbərliyi bu ölkədə keçirilən son parlament seçkilərini azad olmayan, qeyri-bərabər və qeyri-demokratik seçki kimi dəyərləndirib. Qarabağ bloku hesab edir ki, Rusiyada keçirilən seçkilərin kütləvi şəkildə saxtalaşdırılması keçmiş SSRİ məkanı üçün pis presedent rolunu oynayır və buna görə də bu hadisəyə biganə qalmaq olmaz.

Blok Azərbaycan müşahidəçilər qrupunun bu seçkilərin nəticələrinə müsbət rəy verməsini və dövlət başçısının bu münasibətlə Rusiya baş nazirini təbrik etməsini yolverilməz hesab edib və pisləyib. Onlar həmçinin seçkinin saxtalaşdırılmasına etiraz edən müxalifət fəallarının həbs edilməsini və onlara qarşı zorakılıqları qətiyyətlə pisləyib.
İdarə Heyəti beynəlxalq təşkilatları Rusiyada baş verən son siyasi proseslərə daha diqqətli olmağa və hadisələrə beynəlxalq hüquq çərçivəsində adekvat və ədalətli qiymət verməyə çağırıb.

Fatimə