“Qarabağ” bloku aksiyanı dəstəklədi

qarabag-bloku-aksiyani-destekledi
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, blok “Bütün siyasi məhbuslara azadlıq!” tələbi ilə oktyabrın 14-dən başlayan və 7 gündür ki davam edən aksiya iştirakçılarının tələbini müdafiə etdiyini, onlarla həmrəy olduqlarını bildirib. İki aprel aksiyası ilə bağlı həbs olunanlar haqda çıxarılan məhkəmə qərarlarını ədalətsiz hesab edən blok bu qərarların hüquqi deyil, siyasi sifariş əsasında çıxarıldığını bir daha bəyan edib. Bütün bunlarla yanaşı aclıq edənləri öz sağlamlıqlarının qayğısına qalmağa və aksiyanı dayandırmağa çağırıb.