“Qarabağ” – “Çelsi” oyununu FİFA prezidenti də izləyəcək

qarabag-celsi-oyununu-fifa-prezidenti-de-izleyecek
Oxunma sayı: 1227

FİFA-nın Bakıda keçiriləcək sammiti üçün Bakıya gələcək qurumun prezidenti Canni İnfantino burada təkcə tədbirlə kifayətlənməyəcək.

“Qafqazinfo” xəbər verir ki, o, 1 gün sonra – noyabrın 22-də Çempionlar Liqası çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçında da  stadiondan izləyəcək.

Bu haqda məlumatı saytımıza açıqlamasında Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimov verib. 
Qeyd edək ki sözügedən qarşılaşma saat 21:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.