“Qarabağ” dünya reytinqində irəlilədi - Qurbanovla Qriqorçuk gerilədi

qarabag-dunya-reytinqinde-ireliledi
Oxunma sayı: 1499

Dünyanın ən güclü klublarının reytinqi açıqlanıb. “Qafqazinfo” xəbər verir ki,  “clubworldranking” saytının açıqladığı siyahıda Azərbaycanın 4 klubu yer alıb. 

Onların arasında ən yüksək reytinqə malik “Qarabağ” ötən ilin son siyahısında eyni xalla 542-ci olsa da, bu dəfə 1 pillə irəliləyərək 541-ci yerdə qərarlaşıb. 
Ağdam təmsilçisinin aktivində 1169 xal var. 

Digər klublarımızdan “Keşlə” 781-ci, “Qəbələ” 822-ci, Zirə isə 844-cü pillədə yer alır. 

Məşqçilərin reytinq cədvəlində də dəyişikliklər olub. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, 2017-ci ilin son cədvəlində 482-ci olsa da, bu dəfə geriləyib. O, hazırki siyahıda 483-cüdür. 

“Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk da ötən siyahı ilə müqayisədə geriləyib. 2017-ci ilin son cədvəlində 949-cu olan Ukraynalı mütəxəssis hazırda 954-cüdür. 

Ötən il siyahıda yer alan “Zirə”nin baş məşqçisi Ayxan Abbasov isə artıq siyahıda yoxdur.