“Qarabağ” fiziki hazırlıq keçir

qarabag-fiziki-hazirliq-kecir
Oxunma sayı: 692

“Qafqazinfo”nun verdiyi məlumata görə, komanda dünən 2 dəfə hazırlıq keçib.
Ağdamlılar məşqə yerli vaxtla 10:30-da start verib. Hər zaman olduğu kimi səhər məşqi fiziki yükləmələrlə keçib. 1 saat 45 dəqiqə davam edən məşqdə futbolçular meydan boyu qurulmuş maneələri dəf edərək, sürət, texnika, koordinasiya və fiziki davamlılıq üzərində işləyiblər. Komandada zədəli futbolçuların olmaması üzləri güldürür. Yalnız Muarem Muarem çalışmanı erkən tərk etməli olub. “Zob Ahan”la yoxlama görüşündə bel nahiyəsinə zərbə alaraq meydanı erkən tərk etməyə məcbur olan türkəsilli Makedoniya vətəndaşının yenidən ağrı hiss etməsi məşqini yarımçıq saxlamasına səbəb olub. “Qarabağ” 2-ci məşqi saat 18:30-da keçirib.