“Qarabağ”da ağır itki - 3-4 ay oynamayacaq

qarabagda-agir-itki
Oxunma sayı: 5274

Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” klubu ciddi itki ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu aparıcı futbolçusu Dani Kintananın xidmətindən məhrum olub. 

Məlumatı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov verib:

“Dani məşq zamanı zədə aldı. Həkimlərin rəyinə görə zədəsi olduqca ciddidir. O, yaxın günlərdə əməliyyat olunacaq”.

İspan yarımmüdafiəçinin təxminən 3-4 aydan sonra sıralara dönməsi gözlənilir.

Qeyd edək ki, Dani ötən il diz bağlarındakı zədəyə görə əməliyyat olunub və 6 ay futbolsuz qalıb.