Qarabağda mina partladı - 3 erməni əsgər öldü, 1-i yaralıdı

qarabagda-mina-partladi
Oxunma sayı: 1320

Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində minanın partlaması nəticəsində 3 erməni hərbçi ölüb, biri yaralıdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan feysbuk hesabında yazıb. 

Ölənlər Zakaryan Koryunoviç (1995), Abraamyan Qurqenoviç (1998) və Melikyan Mqeroviçdir (1997).  1998-ci il təvəllüdlü yaralı əsgər Narek Oveyanın isə vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.