“Qarabağ”dakı ayrılıqlarla bağlı - Çəlikəldən açıqlama

qarabagdaki-ayriliqlarla-bagli
Oxunma sayı: 2192

Xəbər verdiyimiz kimi, bu gün “Qarabağ” klubu 9 futbolçusu ilə yollarını ayırdığı barədə rəsmi məlumat yayıb.

“Qafqazinfo” məsələ ilə bağlı “Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəllə əlaqə saxlayıb. O bildirib ki, siyahıda adı olan şəxslərin heç birinin komandadan getməsi uzaqlaşdırılma kimi izah olunmamalıdır:

“Həmin doqquz nəfərin bizimlə sadəcə olaraq müqaviləsi bitdi. Və yəqin ki, İbrahim Şehiç başqa olmaqla bütün idmançılara daha yaxşı təklif gəlmişdi ki, getmək qərarını veriblər. Biz “Qarabağ” olaraq onlarını yerini dolduracağıq”.

Xatırladaq ki, “Qarabağ”dan gedənlərin siyahısında İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirov, Pedro Enrike və Ramil Şeydayev kimi əsas simalar var.