“Qarabağ”dan qələbə - Video

qarabagdan-qelebe
Oxunma sayı: 2058

Azərbaycan kubokunda 1/4 final mərhələsində “Qarabağ” Azərbaycan kubokunun sonuncu qalibi “Keşlə”ni qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, bu komandaların Premyer Liqadakı sonuncu duelində Ağdam klubu böyük hesabla qalib gəlmişdi – 5:1. Kubok matçının taleyini isə 1 qol həll edib. Rahil Məmmədovun 65-ci dəqiqədə vurduğu qol “Qarabağ”a minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 19-da və 20-də oynanılacaq.

Azərbaycan kuboku
1/4 final mərhələsi, ilk oyunlar
16 dekabr (bazar)

19:00.  “Qarabağ” “Keşlə” - 1:0
Qol
: Rahil Məmmədov, 65
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu