“Qarabağ”dan tarixi qələbə

qarabagdan-tarixi-qelebe
Oxunma sayı: 2472

“Qarabağ” Azərbaycan milli çempionatlarında tarixi qələbəsini qazanıb. “Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi buna Topaz Premyer Liqasının VIII turunun “İnter”lə görüşündə nail olub.

Səfərdə 2:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə birinciliklərində 400-cü qələbəsini bayram edib.

Bu göstəricidə yalnız “Neftçi”dən geri qalıb, Azərbaycanda ikinci olan “Qarabağ” yubileyi 728-ci matçında yaşayıb. Bu, isə komandanın keçirdiyi oyunların təxminən 55 faizində qalib gəldiyi deməkdir. Bütün ölkə çempionatlarının iştirakçısı 400 qələbədən 243-nü evdə, 154-nü səfərdə, 3-nü neytral meydanda əldə edib.