“Qarabağ”ın 5 illik seriyası qırıldı

qarabagin-5-illik-seriyasi-qirildi
Oxunma sayı: 4719

Ötən gün Çempionlar Liqasının III təsnifat mərhələsində evdə BATE-yə 0:1 hesabı ilə uduzan “Qarabağ”ın avrokuboklardakı uzunmüddətli seriyası qırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Ağdam klubunun 5 ildən sonra avrokubokların təsnifat mərhələsinin ev oyunundakı ilk məğlubiyyəti olub.

Ağdam təmsilçisi sonuncu dəfə Avropa Liqasının 2013/14 mövsümünün pley-offunda Almaniyanın “Ayntraxt” klubuna evdə uduzmuşdu – 0:2.

Həmin oyundan sonra “Qarabağ” təsnifat mərhələsində keçirdiyi 14 matçın 8-də qələbə qazanıbmış, 6-da bərabərliyə imza atmışdı.