““Qarabağ”ın “Çelsi”dən xal almasına ümid edəcəyik” - “Atletiko”nun futbolçusu

qarabagin-celsiden-xal-almasina-umid-edeceyik
Oxunma sayı: 1287

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan İspaniyanın “Atletiko” klubunun futbolçusu Koke bu gün “Roma”ya qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, ulduz futbolçu bu matçda qalib gəlməli olduqlarını, lakin bunun onlara kifayət etməyəcəyini deyib. 

Kokenin sözlərinə görə, onlar qalib gəlsələr də, “Qarabağ”ın uğurlu nəticəsinə ümid etməlidirlər: “Roma” üzərində qələbə bizə kifayət etməyəcək. Çünki bundan sonra biz “Qarabağ”ın “Çelsi”dən xal alacağına ümid etməliyik. Bu bizim üçün vacib amildir. Qazanmaq üçün də hər şeyi edəcəyik”.

Qeyd edək ki, “Atletiko” – “Roma” oyunu Bakı vaxtilə saat 23:45-də başlayacaq.