“Qarabağ”ın futbolçuları ata oldu

qarabagin-futbolculari-ata-oldu
Oxunma sayı: 678

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, komandanın üzvləri İlqar Qurbanov və Vüqar Nadirov ata olub. Hər 2 futbolçunun oğlu dünyaya gəlib. Körpələrin adları da artıq məlumdur. Vüqar oğluna atasının, Azərbaycanın milli qəhrəmanı, “general” ləqəbli Ərşadın adını verib. İlqarın körpəsi isə igidliyi ilə ad çıxarmış Gəncə xanı Cavad xanın adını daşıyacaq.