“Qarabağ”ın sayəsində Azərbaycan reytinqdə İsraili qabaqladı

qarabagin-sayesinde-azerbaycan-reytinqde-israili-qabaqladi
Oxunma sayı: 2179

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb. 

“Qafqazinfo”nun qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, keçirilən 24 qarşılaşma ilə cədvəldə müəyyən dəyişikliklər olub.

Ukraynada  “Vorskla”nı 1:0 hesabı ilə məğlub edən “Qarabağ” ölkəmizin aktivinə 0,500 xal yazdırıb. Bununla da Azərbaycan bir pillə irəliləyərək 26-cı yerə yüksəlib. Ölkəmiz xalını 19.000-ə çatdıraraq İsraili geridə qoyub.

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.