“Qarabağ”ın son şansı

qarabagin-son-sansi
Oxunma sayı: 661

Hər 3 oyun ilk “altılıq”da baş tutacaq və eyni saatda başlanacaq. Turun ən formal oyununda paytaxt klubları üz-üzə gələcək. Avroliqaya vəsiqəni təmin etmiş “Bakı” çempionluğu rəsmiləşdirmiş “Neftçi”ni qəbul edəcək. Bu oyuna həmçinin ilk “altılıq”ın lideri ilə autsayderinin qarşıdurması kimi də baxmaq olar.
Lənkəran şəhər stadionunda “Xəzər Lənkəran” “Qəbələ”ni qəbul edəcək. Hər iki komanda Avroliqa uğrunda mübarizə apardığından oyunun gərgin keçəcəyi gözlənilir. Lakin cənublular, demək olar ki, Avropa Liqasına vəsiqəni təmin edib. “Qəbələ” isə, əksinə, 3-cü pilləyə yüksəlmək üçün cüzi şanslara malikdir.
Turun mərkəzi matçı isə Quzanlıda baş tutacaq. “Qarabağ” Avroliqaya vəsiqə qazanmaq üçün son şansını dəyərləndirməyə çalışacaq. Əks halda bu vəsiqəni rəqib “İnter” rəsmiləşdirəcək.

5 may (şənbə)

17:30. “Xəzər Lənkəran” – “Qəbələ”
Lənkəran şəhər stadionu

17:30. “Qarabağ” – “İnter”
Ağdam rayon Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

17:30. “Bakı” – “Neftçi”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

Ceyhun Əhmədov