““Qarabağ”ın uduzacağını Əmrah Çəlikələ də demişdim” - Ramin Musayev

qarabagin-uduzacagini-emrah-celikele-de-demisdim
Oxunma sayı: 2729

Xəbər verdiyimiz kimi, “Sumqayıt” Azərbaycan kubokunun ¼ final mərhələsində “Qarabağ”a 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb. Musayev ilk olaraq oyun haqda danışıb:

“Baxımlı, əzmkar oyun oldu. “Sumqayıt” layiqli qələbə qazandı. Baxmayaraq ki, komandanın baş məşqçisi Samir Abasov ölkə hüdudlarından kənardadır. Ona işiylə bağlı uğurlar diləyirəm.

- Bu nəticəni gözləyirdiniz?

- Desəm ki, gözləyirdim, inanmayacaqsınız. Amma bunu gözləyirdim. “Qarabağ”ın uduzacağını Əmrah Çəlikələ də demişdim (gülür).

- “Sumqayıt”ın paltardəyişmə otağına daxil olanda səs-küy qopdu. Nə baş verirdi?

- Komandanı təbrik etdim. Hamısı yerli futbolçularımızdır.Təbrik etmək ixtiyarımız yoxdur?

- Adətən belə səs-küy mükafat veriləndə olur...

- Mükafat üçün pul var? Olsa verərəm (gülür). Pul olsa, böyük məmnuniyyətlə verərdim. Amma maddi sıxıntılar var. Büdcəmizdə qırmızı işıq yanır.