Qarabağın Xristian abidələri haqqında ingilis dilində kitab

qarabagin-xristian-abideleri-haqqinda-ingilis-dilinde-kitab-
Oxunma sayı: 1279


Birliyin sədri Anar Xəlilovun verdiyi məlumata görə, kitabın çap olunmasında əsas məqsəd Qarabağın Xristian abidələri haqqında beynəlxalq aləmə məlumat verməkdir. Həmçinin Qarabağın Xristian abidələrinin Azərbaycan abidələri kimi onun tarixi mədəniyyətində oynamış rolunu, dünya şöhrətli bu abidələrin Alban Türk kökənli olması, Qarabağ Xristian abidələrinin ermənilər tərəfindən saxtalaşdırılmasını bütün xristian dünyasının və Azərbaycan tarixində mənfi hallara gətirilib çıxarılmasını, həmin abidələrin bu günkü taleyi fonunda Qarabağ problemini dünya ictimaiyyətinə çatdırılması olub. 

Eyni zamanda, kitabda Azərbaycanda mövcud olmuş Alban dövlətinin tarixi və Qarabağda olan tarixi Xaçın knyazlığı haqqında məlumat verilib. Azərbaycanın Xristianlıq dövrü tarixində geniş yer verilərək bu dövr mədəniyyəti haqqında geniş məlumatlar öz əksini kitabda tapıb. 

Bu kitab beynəlxalq aləmdə təbliğat mövqeyi nöqteyi nəzərindən əvəzolunmaz rol oynayacağına inanırıq. Kitabı əldə etmək istəyənlər birliyin (Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi) ofisinə müraciət edə bilərlər.