Qaradağda “Bilik günü” keçirilib

qaradagda-bilik-gunu-kecirilib
Oxunma sayı: 1053

“Bilik günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri bu tərdbirlərdə iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Faiq Rəfiyev adına 166 nömrəli tam orta məktəbində keçirilən “Bilik Günü” mərasimində iştirak edib.

Süleyman Mikayılov məktəb kollektivi qarşısında çıxış edərək, yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara gələcək tədris illərində uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulayıb.

Qeyd edilib ki, 2018-2019-cu tədris ilində Qaradağ rayonu üzrə orta məktəbi 1218 nəfər şagird bitirib, 3397 nəfər isə birinci sinifə qeydiyyatdan keçib. Məzunlardan ali təhsil ocaqlarına sənəd verən 929 nəfərdən 585-i ali məktəblərə qəbul olub. Bu da sənəd verənlərin 63 faizini təşkil edir. Rayon üzrə 18 nəfər məzun 600-dən yuxarı bal toplayıb.

Məktəbin direktoru Şəmsi Qocayev bildirib ki, 166 saylı tam orta məktəbdən məzun olmuş 59 nəfər şagirddən 37 nəfəri “tələbə” adını qazanıb, onlardan 3 nəfər məzun 600 baldan yuxarı nəticə göstərib.