Qaralovdan hərbi prokuror təyinatları

qaralovdan-herbi-prokuror-teyinatlari
Oxunma sayı: 6252

Baş Prokuror Zakir Qaralov iki hərbi prokuror təyin edib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, ədliyyə polkovniki Hacıyev Elçin Süleyman oğlu Füzuli hərbi prokuroru vəzifəsinə təyin olunub, bundan əvvəl o, Lənkəran hərbi prokuroru vəzifəsində qulluq keçib.

Digər ədliyyə polkovniki Əhmədov İmran Ələsgər oğlu isə Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunub, bundan əvvəl o, Bakı hərbi prokuroru vəzifəsində qulluq keçib.

Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev məlumatı təsdiqləyib.