“Qarant Sığorta” cavab verdi

qarant-sigorta-cavab-verdi
Oxunma sayı: 677


O, şirkətin onun maşınana dəyən 2000 manatlıq ziyanı ödəmədiyini bildirmişdi.

"Qarant Siğorta"dan "Qafqazinfo"ya daxil olan məlumata görə, fevralın 9-da baş vermiş qəza barədə şirkətə məlumat verilib və həmin gün şirkətin əməkdaşı tərəfindən hadisə yerinə baxış keçirilib: 

"Hadisə nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün sığortalıya göstərilən xidmətlərin dəyərinin dəqiqləşdirilməsi və qiymətləndirilməsi, eyni zamanda hadisənin baş vermə səbəblərinin araşdırılması üçün avtomobilin bir neçə saat müddətinə siğorta şirkətinin əməkdaşına təhvil verilməsi tələb olunsa da indiyədək sürücü və siğortalı tərəfindən buna şərait yaradılmayıb. Şirkət tərəfindən yekun qərarın yalnız avtomobilin bir neçə saatlıq bizə verilməsindən sonra çıxarılacağı barədə şikayətçilərə rəsmi müraciət də olunub".