Qaşıqçının yoxa çıxdığı konsulluq binasına 3 şübhəli çamadan gətirildi - Fotolar

qasiqcinin-yoxa-cixdigi-konsulluq-binasina-3-subheli-camadan-getirildi
Oxunma sayı: 4025

Oktyabrın 2-də  jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxmasından sonra ilk dəfə bu gün binanın qarşısında hərəkətli dəqiqələr yaşanıb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, axşam saatlarında binanın qarşısına konsulluğa aid bir avtomobil gəlib. Üzərlərində nömrə olan, eləcə də ingilis-dilində “Şəxsə özəl” yazılı 3 qara çamadan avtomobildən  konsulluq binasına aparılıb.

Daha sonra avtomobil qapıda gözləyib.

Qeyd edək ki, C. Qaşıqçının öldürüldüyü və cəsədinin hissələrə parçalandığına dair iddialar səsləndirilir.