QAT konfrans kecirdi

QAT konfrans kecirdi
Oxunma sayı: 227

“Qafqazinfo”nun məlumatına görə, konfransın keçirilməsində məqsəd Qarabağ həqiqətlərinə dair dərin elmi araşdırmaların aparılması, mütəxəssislərin fikirlərinin bir yerə cəm edilməsi, müxtəlif mülahizələrin ortaya qoyulması, konfransın materiallarının həm Azərbaycanda, həm də dünyada geniş yayılması, obyektiv həqiqətin beynəlxalq birliyə çatdırılması, daha geniş araşdırmaların aparılmasına stimul yaradılmasından ibarətdir. Konfransın materialları “Qarabağ dünən, bu gün və sabah” adlı kitab şəklində nəşr edilib. Kitabda Qarabağın tarixi, mədəniyyəti, Qarabağ müharibəsinin gedişi, münaqişənin həlli yolları və s. məsələlərlə bağlı 40 məqalə cəmləşib. Konfrans və təqdim olunan kitab fəlsəfə elmləri doktoru Əli Abbasov, tarix elmləri doktoru Kərim Şükürov, tarix elmləri doktoru Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın və digərlərinin daxil olduğu işçi qrup tərəfindən hazırlanıb. Konfransın materialları həmçinin karabakh-doc.azerall.info internet saytına yerləşdirilib. Qeyd edək ki, bu sayt Azərbaycan, ingilis və rus dillərində Qarabağa dair zəngin elektron kitabxanaya malikdir.

Səidə Teyyubqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi